Tramp jurnalistlərin bu sualından boyun qaçırdı | Bu məsələ həll olunsa, çox yaxşı olardı…
ABŞ Prezidenti Donald Tramp deyib ki, İranın nüvə böhranının İsrailin bu ölkəyə zərbə endirmədən həll olunacağına ümid edir.
Bu barədə “Times of Israil” nəşri yazıb.
“Bu açıqlama D.Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffu İran koordinatoru təyin etməyi planlaşdırdığı ortaya çıxdıqdan sonra gəldi və bu da onu göstərir ki, yeni administrasiya Tehranın nüvə proqramına hərbi yox, diplomatik yolla yanaşmaq niyyətindədir”, – nəşr bildirib.
Qeyd olunub ki, D.Tramp Oval kabinetdə jurnalistlərin “ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləyəcəkmi” sualına cavab vermək istəməyib və deyib ki, bu məsələ ilə bağlı yüksəkvəzifəli şəxslərlə görüşlər keçirəcək.
“Ümid edirəm ki, bu, narahatlıq olmadan həll edilə bilər. Əgər daha bir addım atmadan bu məsələ həll olunsa, çox yaxşı olardı”, – D.Tramp qeyd edib.
Nəşr yazır ki, son günlər D.Tramp Administrasiyası hərbi müdaxilədənsə, nüvə proqramını məhdudlaşdırmaq üçün İranla diplomatik razılaşma əldə etməyə çalışmaq istədiyini açıq şəkildə bəyan edir.
#ABŞ teqi istifadə olunub
- Neft bazarında bahalaşma müşahidə edilir, ehtiyatların azalması gündəmə gəlib
- Tehran Vaşinqtonu xəbərdar etdi | Quru əməliyyatının ağır nəticələri ola bilər - Baku TV
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
- ABŞ Prezidenti İran rəhbərliyindəki itkilərlə bağlı gözlənilməz etiraf etdi - Baku TV
- ABŞ və Avropadan Ukraynanın gələcəyi ilə bağlı yeni sülh planı | Rusiyanı nə gözləyir? - Baku TV
