Tramp niyə ölümlə hədələnir? - “Başına güllə vurulacaq!”
İranda ultramühafizəkar qəzet Qasım Süleymaninin qisasını almaq üçün ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələdikdən sonra tənqidlərə səbəb olub.
İranda ultramühafizəkar Hüseyn Şəriətmədari tərəfindən idarə olunan dövlətə məxsus “Keyhan” qəzetində dərc olunan məqalədə ABŞ Prezidenti Donald Tramp sui-qəsdlə hədələnib.
Məqalə müəllifi D.Trampı bu günlərdə Q.Süleymaninin qisasını almaq üçün "boş başına" güllə vuracağı ilə hədələyib. D.Trampı sui-qəsdlə hədələyən ultramühafizəkar qəzet ölkədə tənqidlərə səbəb olub.
Mətbuat Nəzarət Şurası isə qəzeti İranın maraqlarına və təhlükəsizliyinə zidd olan məzmun dərc etdiyinə görə xəbərdar etdiyini və ölkə administrasiyasının Q.Süleymaniyə qarşı sui-qəsdin beynəlxalq məhkəmədə mühakimə olunmasını təmin etmək olduğunu bəyan edib.
#İran teqi istifadə olunub
- ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI
- İran Hörmüzdə keçid qaydalarını sərtləşdirir
- "Suriya ssenarisi İranda təkrarlanacaqdı" | Pezeşkiandan sensasiyalı açıqlama - Baku TV CANLI
- Hikmət Hacıyevdən mühüm açıqlama | Paşinyan ABŞ rəsmisi ilə nəyi müzakirə etdi? - YENİ BİR SƏHƏR
- Bölgədəki hərbi gərginlik Hörmüz boğazını yenidən gündəmə gətirdi - Baku TV
