Pleyeri seçin:

Tramp Panama kanalı üzərində ABŞ-nin nəzarətini bərpa etmək istəyir

02 iyul 2026 321 baxış

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton administrasiyası Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək.

Tramp bu barədə Şimali Dakota ştatında çıxışı zamanı danışıb.

“İndi isə Çin Panama kanalına nəzarəti ələ keçirməyə çalışır. Biz buna imkan verməyəcəyik”, – deyə ABŞ lideri bildirib.

Tramp çıxışında ABŞ-nin vaxtilə kanalı Panamaya verməsindən də narazılığını ifadə edib. O qeyd edib ki, bu qərar nəticəsində Panama böyük gəlir əldə edib.

“Bu, indiyədək inşa etdiyimiz ən bahalı layihələrdən biri idi. Eyni zamanda ən gəlirli layihələrdən sayılırdı”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti daha əvvəl də Panama kanalı üzərində Amerikanın nəzarətinin bərpa olunmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Çinin bu strateji su yolunda kommersiya mövcudluğu ABŞ-nin təhlükəsizlik və ticarət maraqları üçün risk yaradır.

Qeyd edək ki, 1914-cü ildə istismara verilən Panama kanalı ABŞ tərəfindən tikilib və uzun müddət Vaşinqtonun nəzarətində olub. 1977-ci ildə imzalanan Torrixos-Karter müqaviləsinə əsasən kanalın idarəçiliyi mərhələli şəkildə Panamaya təhvil verilib və bu proses 1999-cu ildə başa çatıb. Müqavilə kanalın neytral statusunu və beynəlxalq ticarət üçün açıq qalmasını nəzərdə tutur.

Banner
Seneqal Olimpiya idman yarışlarına ev sahibliyi edən ilk Afrika ölkəsi olub

Seneqal Olimpiya idman yarışlarına ev sahibliyi edən ilk Afrika ölkəsi olub

Dünya
02 noyabr 2026 321 baxış
Veyçjou adası yaxınlığında nadir dəniz canlılarının sayı artır

Veyçjou adası yaxınlığında nadir dəniz canlılarının sayı artır

Dünya
02 noyabr 2026 321 baxış
Qərbdən Ukraynaya yeni hərbi dəstək paketi

Qərbdən Ukraynaya yeni hərbi dəstək paketi

Dünya
02 noyabr 2026 321 baxış
Baham adalarına gedən təyyarə Floridada ağır qəzaya düşdü - Baku TV CANLI

Baham adalarına gedən təyyarə Floridada ağır qəzaya düşdü - Baku TV CANLI

Dünya
02 noyabr 2026 321 baxış
Yeniyetmənin paylaşımı Moskvanı niyə həyəcana saldı? - Baku TV

Yeniyetmənin paylaşımı Moskvanı niyə həyəcana saldı? - Baku TV

Dünya
02 noyabr 2026 321 baxış
Ukraynada Rusiya hücumundan sonra ölənlər və dağıntılar barədə məlumat yayıldı - Baku TV

Ukraynada Rusiya hücumundan sonra ölənlər və dağıntılar barədə məlumat yayıldı - Baku TV

Dünya
02 noyabr 2026 321 baxış
Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV

Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV

Dünya
02 noyabr 2026 321 baxış
Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV

Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV

Dünya
02 noyabr 2026 321 baxış
Dallasda baş verən atışmalarda 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi - Baku TV

Dallasda baş verən atışmalarda 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi - Baku TV

Dünya
02 noyabr 2026 321 baxış
COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV

COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV

Dünya
02 noyabr 2026 321 baxış
Seçilmişlər
icon