Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər
“ABŞ Prezidenti Donald Tramp gələn həftə Qəzza sektorunun idarə olunması üçün “Sülh Şurası”nın yaradıldığını elan edə bilər”.
Bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Trampın bu addımı Fələstin anklavında nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsi çərçivəsində açıqlaması gözlənilir.
Məlumata əsasən, sədri şəxsən Donald Tramp olacaq bu quruma təxminən 15 dünya lideri daxil ediləcək. Şuranın nəzarəti altında hələ formalaşdırılmamış Fələstin texnokrat hökuməti fəaliyyət göstərəcək, eyni zamanda Qəzza sektorunun bərpası prosesi həyata keçiriləcək.
Portalın yazdığına görə, şuraya üzvlük üçün dəvətlər artıq əsas dövlətlərə göndərilir. Gözlənilir ki, qurumda Böyük Britaniya, Almaniya, Misir, İtaliya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Fransa nümayəndələri təmsil olunsun.
“Axios”un məlumatına görə, “Sülh Şurası”nın Qəzza sektorundakı nümayəndəsi BMT-nin Yaxın Şərq üzrə sülh prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenov olacaq. O, bu həftə İsrailə səfər edərək ölkə rəhbərliyi, o cümlədən Baş nazir Benyamin Netanyahu ilə görüşlər keçirir.
#Donald Tramp teqi istifadə olunub
- Trampın təhdidləri İranı geri addım atmağa məcbur edəcək? - Baku TV CANLI
- İslam Respublikası "İbrahim sazişləri"ni parçalayır? - Baku TV
- Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi
- Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI
- Qətər nəzarət mexanizminin yaradılmasına kömək edəcək
