Pleyeri seçin:

Tramp rəsmən prezident olan kimi yadplanetlilərlə bağlı bunu edəcək

15 noyabr 2024 366 baxış

ABŞ konqresmeni Tim Burçett bildirib ki, yenidən ABŞ prezidenti seçilən Donald Tramp yadplanetlilərin həyatı ilə bağlı bütün məxfi sənədləri açıqlamaq niyyətindədir.

O, yanvar ayında vəzifəyə gəldikdən sonra yadplanetlilər, uçan naməlum obyektlər və yadplanetlilərlə təmaslar haqqında indiyədək geniş ictimaiyyətdən gizlədilən məlumatları tam açıqlamağı planlaşdırır.

Konqrsmen əlavə edib ki, hökumət rəsmiləri çox vaxt yadplanetlilərin varlığını inkar edir, dünyanın ən yaxşı pilotları isə öz təyyarələrinin yaxınlığında belə obyektlərlə qarşılaşdıqlarını iddia edirlər.

Burçett Trampla söhbətlərinə əsaslanaraq, amerikalıların belə araşdırmaların nəticələrini qəbul etməyə hazır olduqlarına inandığını bildirib. Bu açıqlamalar Trampın keçən ay podkast aparıcısı Co Roqanla söhbətindən sonra verilib.

Tramp qeyd edib ki, Marsda və ya digər planetlərdə həyatın mövcudluğunu istisna etmək üçün heç bir əsas yoxdur. Onun fikrincə, bəlkə, bunlar bizim heç nə bilmədiyimiz həyat formaları və ya başqa bir məxluq növüdür.

Tramp qeyd edib ki, yerdənkənar həyata maraq artmaqdadır. Onu da etiraf edib ki, əvvəllər yadplanetlilərin varlığına şübhə ilə yanaşırmış, lakin təcrübəli döyüş pilotları ilə söhbətlər onun baxış bucağını dəyişib.

“Bu insanlar etibarlı, görkəmli peşəkarlardır” deyən Tramp pilotların ona qəribə hadisələri, məsələn kometa və ya meteor olmayan uçan yuvarlaq cisimləri təsvir etdiyini və müasir təyyarələrdən, o cümlədən F-22-dən daha sürətli hərəkət etdiyini danışıb.

İsveçrədə kritik görüş: Vaşinqton və Tehranın texniki heyətləri yenidən toplanır - Baku TV

İsveçrədə kritik görüş: Vaşinqton və Tehranın texniki heyətləri yenidən toplanır - Baku TV

Dünya
25 iyun 2026 366 baxış
Medvedevdən Ermənistana daha bir sərt xəbərdarlıq - Baku TV CANLI

Medvedevdən Ermənistana daha bir sərt xəbərdarlıq - Baku TV CANLI

Dünya
25 iyun 2026 366 baxış
Ukrayna ordusu hərəkətə keçir | Rusiyadakı strateji obyektlərə zərbə əmri - Baku TV

Ukrayna ordusu hərəkətə keçir | Rusiyadakı strateji obyektlərə zərbə əmri - Baku TV

Dünya
25 iyun 2026 366 baxış
Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da alovlandı - Baku TV CANLI

Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da alovlandı - Baku TV CANLI

Dünya
25 iyun 2026 366 baxış
ABŞ Prezidentindən mühüm bəyanat: "İranla bağlı hər şey qaydasındadır" - Baku TV

ABŞ Prezidentindən mühüm bəyanat: "İranla bağlı hər şey qaydasındadır" - Baku TV

Dünya
25 iyun 2026 366 baxış
Vaşinqtonda İsrail-Livan danışıqlarının ilk günü nəticəsiz başa çatıb - Baku TV

Vaşinqtonda İsrail-Livan danışıqlarının ilk günü nəticəsiz başa çatıb - Baku TV

Dünya
25 iyun 2026 366 baxış
Vaşinqtonda Tehranla bağlı fikir ayrılığı | Tramp və Obama İranla bağlı niyə razılaşmır? - Baku TV

Vaşinqtonda Tehranla bağlı fikir ayrılığı | Tramp və Obama İranla bağlı niyə razılaşmır? - Baku TV

Dünya
25 iyun 2026 366 baxış
Kreml İrəvana güvənərək regiondakı mövqeyini saxlaya biləcəkmi? - 24 SAAT

Kreml İrəvana güvənərək regiondakı mövqeyini saxlaya biləcəkmi? - 24 SAAT

Dünya
25 iyun 2026 366 baxış
Kreml yeni güc balansını Tramp-Putin xətti üzərindən qurur? - Baku TV

Kreml yeni güc balansını Tramp-Putin xətti üzərindən qurur? - Baku TV

Dünya
25 iyun 2026 366 baxış
Kreml köhnə şərtlər əsasında danışıqlara razıdır - Baku TV

Kreml köhnə şərtlər əsasında danışıqlara razıdır - Baku TV

Dünya
25 iyun 2026 366 baxış
Seçilmişlər
icon