Pleyeri seçin:
Tramp və Makronun mübahisə etməsi belə ifşa olundu
Misirin Şarm əl-Şeyx şəhərində təşkil olunan Qəzza Sülh Sammiti ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında yaşanan gərgin anlarla yadda qalıb. Liderlərin fotosessiya zamanı kameralara tuş gələn 26 saniyəlik əl sıxışmasının, əslində, mübahisə olduğu ifşa edilib. "The Mirror" nəşrinin dərc etdiyi dodaq oxuyucusu Nikola Hiklinqin transkripsiyasına görə, Tramp Makronu onu "incitməkdə" günahlandırıb. Makronun məsələni "qapalı qapılar arxasında" həll etmək təklifinə baxmayaraq, Tramp onun əlini daha da sıxıb. Qeyd olunur ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Makron arasında da bənzər uzun əl sıxışma anı yaşanıb.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
- Trampın miqrasiya siyasəti erməniləri çıxılmaz vəziyyətə salıb? - Baku TV CANLI
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
