Tramp Venesuela, Kanada və Qrenlandiyanın ABŞ-yə qoşulması ilə bağlı zarafat edib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yanvarın 30-da keçirilən rəsmi qəbul zamanı Venesuela, Kanada və Qrenlandiyanın guya ABŞ-nin tərkibinə daxil ola biləcəyi ilə bağlı zarafat edib.
Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, jurnalistlər üçün qapalı keçirilən tədbirdə çıxış edən Tramp çıxışını ABŞ-nin Qrenlandiyaya “müdaxiləsini” izləmək üçün yarımçıq dayandırmalı ola biləcəyini zarafatla qeyd edib. Daha sonra isə “Qrenlandiyaya müdaxilə etməyəcəyik, onu alacağıq” deyib.
ABŞ Prezidenti bildirib ki, heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyəti olmayıb. Onun sözlərinə görə, Kanadanı 51-ci ştat, Qrenlandiyanı isə 52-ci ştat kimi görüb, Venesuelanın isə 53-cü ştat ola biləcəyini zarafatla əlavə edib.
Tramp sonradan bu fikirlərin ciddi qəbul edilməməli olduğunu vurğulayıb.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI
- Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb
- ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI
- Zelenskiyə Trampdan gözlənilməz Moskva təklifi: Liderlərin görüşündə nələr yaşanıb? - Baku TV CANLI
- Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV
