Tramp Venesuela prezident seçkiləri ilə bağlı mövqeyini açıqladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp müxalifətçi Mariya Korina Maçadonun Venesuelanın növbəti prezidenti vəzifəsinə namizədliyini dəstəkləməyib, çünki bu siyasətçi Nobel Sülh Mükafatını ona güzəştə getməyib.
Məlumatı "The Washington Post" yayıb.
"Maçadonun son vaxtlar Trampa üzgörənlik etməsinə baxmayaraq, ABŞ Prezidenti onun mövqeyini gücləndirməkdə maraqlı deyil. Bu, Maçadonun Nobel Sülh Mükafatından – Prezidentin açıq şəkildə arzuladığı mükafatdan imtina etməməsi ilə əlaqələndirilir", – deyə qəzet Ağ Evə yaxın iki mənbəyə istinadən belə yazıb.
Mənbənin sözlərinə görə, Maçado sonda mükafatı Trampa həsr etdiyini bildirsə də, onun "Nobel"i qəbul etməyə razılıq verməsi "ağır günah" idi.
"Əgər o, imtina edib "Mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampın haqqıdır" desəydi, bu gün Venesuelanın prezidenti olacaqdı", – deyə mənbə əlavə edib.
Xatırladaq ki, Tramp daha əvvəl vətəndaşların Maçadonu dəstəkləmədiyi üçün onun ölkəyə rəhbərlik edə bilməyəcəyini deyib.
"Maçadonun lider seçilməsi çətin olacaq, çünki ölkə daxilində dəstəyi yoxdur. O, çox gözəl qadındır, lakin Maçadoya ölkədə hörmət etmirlər", – deyə D.Tramp bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Donald Tramp İsraildəki seçkilərlə bağlı dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini bildirib
- Trampın İranla bağlı bu sözlərindən sonra diqqət yaxın iki həftəyə yönəldi - Baku TV
- Tramp-Putin-Zelenski görüşü nə vaxt baş tutacaq? | İrana qaz Azərbaycandan keçəcək? - YENİ BİR SƏHƏR
- Tramp İrana növbəti dəfə şok xəbərdarlıq edib - Baku TV CANLI
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
