Trampdan İrana qarşı hərbi əməliyyatlar barədə sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranın yalnız nüvə silahı yaratmağa deyil, həm də onu tətbiq etməyə çalışdığını iddia edib.
Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, əgər ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr olmasaydı, Tehran qısa müddətdə nüvə başlığı əldə edə bilərdi.
“Əgər həmin bombardmanı başlanğıc nöqtəsi kimi götürsək, onların bir ay ərzində nüvə başlığı olardı. Onlar bunu əvvəlcə İsrailə, sonra isə bütün Yaxın Şərqə qarşı istifadə edərdilər”, – deyə ABŞ Prezidenti iddia edib.
Trampın sözlərinə görə, İranın məqsədi regionda genişmiqyaslı dağıntılar törətmək idi. “Onlar Yaxın Şərqi partlatmağa hazır idilər. Sonra isə bizim arxamızca gələcəkdilər”, – deyə o qeyd edib.
Bununla yanaşı, Tehran dəfələrlə nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edib. Qərb kəşfiyyat xidmətləri də İranın nüvə silahı hazırladığına dair sübut tapmadıqlarını bildirib. Bu barədə yanvarın sonunda “The New York Times” qəzeti də məlumat yayıb.
#Donald Tramp teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
- Seçkilərdən sonra Yaxın Şərqdə yeni gərginlik riski | Trampın iqtisadi hesabı nədir? - Baku TV
- Aralıq seçkiləri ABŞ-nin İranla bağlı siyasətində nəyi dəyişəcək? - Baku TV
- Cənubi Qafqaz böyük geosiyasi oyunun mərkəzində: Trampın zəifləməsi kimə sərf edir? - AKTUAL GÜNDƏM
