Trampın Ankara görüşünə qatılma səbəbi | ABŞ-dən NATO müttəfiqlərinə sərt çıxış - Baku TV
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinə sərt ismarış göndərib.
O, Ankarada keçirilən mətbuat konfransında sammitə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü liderliyinə görə qatıldığını etiraf edib və Avropa ölkələrindən narazılığını gizlətməyib.
"NATO-dan çox məyus oldum. Əgər bu görüş dostumun çox güclü liderlik etdiyi Türkiyədə keçirilməsəydi, o zaman iştirak etməzdim. İranda bir iş gördüyümüz üçün bizə yaxşı münasibət göstərilmədi. Heç kimin köməyinə ehtiyacımız yoxdur, amma hələ soruşmamış orada olmayacaqlarını dedilər. Biz onlara kömək edirik, amma onların bizim yanımızda olacağına əmin deyiləm. İtaliya, Almaniya və Fransa bizi rədd etdi", – deyə ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, Avropa ölkələri ABŞ ilə məsləhətləşmədən müharibəyə cəlb olunmaq istəmədiklərini bəyan ediblər.
#Donald Tramp teqi istifadə olunub
- "Türkiyəni hədəf alan raketlərə qarşı..." | Ərdoğan Trampın mövqeyini təqdir etdi - Baku TV
- Trampın Ankaradakı sərt çıxışı gündəmi silkələdi | “Onlarla danışmaq lazım deyil!” - Baku TV
- NATO-nun gələcəyi üçün kritik qərarlar | Zelenski Azərbaycana təşəkkür etdi - YENİ BİR SƏHƏR
- Ankaradakı sammit Türkiyənin bu istəyini reallaşdıracaq? - 24 SAAT
- Trampın Türkiyə səfəri İsraili narazı salıb? | Bölgədə vəziyyət necə olacaq? - Baku TV
