Pleyeri seçin:

Ukrayna paytaxtında dəhşətli mənzərə | Ölənlər və yaralananlar var - Baku TV

06 iyul 2026 407 baxış

İyulun 6-na keçən gecə Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib.

Nəticədə, azı 11 nəfər həlak olub, daha 46 nəfər yaralanıb. Kiyevin müxtəlif rayonlarında 20-yə yaxın ərazidə dağıntılar qeydə alınıb. Dağıntılar altında insanların qalması ehtimalı olduqca yüksəkdir. Ölən və yaralananların sayının dəyişəcəyi istisna edilmir.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Podol rayonunda yaşayış binası qismən uçub. Darnitsa rayonunda isə bir neçə çoxmərtəbəli bina zədələnib, dağıntılar altında qalan şəxslərin axtarışları davam edir.

Kiyev meri Vitali Kliçko Hava Hücumundan Müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb:

“Yenə də kütləvi zərbə, dronlar, “Şahed”lər, ballistik raketlər. Düşmən şəhərimizi viran qoymaq üçün bütün mövcud vasitələrdən istifadə edir. Ölənlərin olduğunu bilirik, amma əməliyyatlar davam etdiyi üçün hazırda dəqiq sayı deyə bilmərik. Ümid edirik ki, dağıntılar altında heç kim yoxdur, amma məhz bu yerdə cəsədlərin olması ehtimalı yüksəkdir”.

Rusiyanın Kiyevdə həyata keçirdiyi kütləvi hava hücumunda həlak olanların xatirəsinə iyulun 7-si matəm günü elan olunub. Bununla əlaqədar şəhərdə bütün əyləncə tədbirləri ləğv ediləcək. Bundan başqa, bələdiyyə binalarında dövlət bayraqları endiriləcək, dövlət və özəl qurumlarda da bayraqları yarıya qədər endirmək tövsiyə olunub.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 407 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 407 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 407 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 407 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 407 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 407 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 407 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 407 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 407 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 407 baxış
Seçilmişlər
icon