Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
Oktyabrın 19-da Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb.
Rusiya Ordusunun müxtəlif tipli raketlərdən və reaktiv dronlardan istifadə etməklə gecə saatlarından etibarən endirdiyi zərbələr yerli vaxtla saat 10:00-dək davam edib. Bu dəfə əsasən Kiyevin Darnitski və Solomenski rayonları hədəfə alınıb.
Gündüz saatlarına olan məlumata görə, təkcə paytaxt Kiyevdə iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı ehtimal edilir. Dağıntılar altında qalanların axtarışı davam etdirilir.
“Bu gün ərazimizə dəhşətli zərbələr endirildi. Bu hadisə gül mağazamın yaxınlığında artıq ikinci dəfədir baş verir. Bu dəfə isə mağaza demək olar ki, tamamilə dağılıb. Pəncərələr, divarlar, hətta tualet və su sistemi də yararsız hala düşüb. Mağazanı böyük zəhmətlə qurmuşdum. İndi isə hər şey dağılıb. Bilmirəm, bundan sonra nə olacaq. Bu nə vaxta qədər davam edəcək? Bizim biznesimiz yenicə fəaliyyətə başlamışdı. Açıldıqdan sonra artıq ikinci dəfə hava hücumuna məruz qalıb”, – Kiyev sakini bildirib.
“Çox güclü partlayış səsləri eşitdim. Bundan sonra sanki hər şey yox oldu. Burada bu cür dəhşətlər çox tez-tez baş verir. Bu amansızlar bizə yaşamağa imkan vermirlər”, – deyə başqa bir sakin qeyd edib.
#Kiyev teqi istifadə olunub
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Kiyev meri sakinləri paytaxtı tərk etməyə niyə çağırıb? | Şəhər sakinləri danışır - Baku TV
- "Çörək dalınca getmişdi..." | Daha bir azərbaycanlı dron hücumunun qurbanı oldu - Baku TV
- Rusiya Ordusunun Kiyevə zərbələri davam edir | Bu dəfə tibb mərkəzi vuruldu - Baku TV CANLI
