Pleyeri seçin:

Trampın layihəsi üçün qəbiristanlıq köçürülür, sakinlər narazılıq edir

29 may 2026 592 baxış

Vyetnam hakimiyyəti ölkənin şimalında yerləşən qəbiristanlığın ləğv edilməsini və həmin ərazidə ABŞ Prezidenti Donald Trampa məxsus şirkətin iştirakı ilə qolf meydançası və elit yaşayış kompleksi tikilməsini planlaşdırır.

Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “The Trump Organization” və onun yerli tərəfdaşları Hınqyen əyalətində 1,5 milyard dollar dəyərində iri layihə həyata keçirməyi nəzərdə tutur. Layihənin həyata keçiriləcəyi ərazidə qəbiristanlıq da yerləşir.

Nəşr qeyd edir ki, layihə Hanoy və Vaşinqton arasında münasibətlərin simvolik göstəricilərindən biri hesab olunur.

Bildirilir ki, 2025-ci ilin mayında təməlqoyma mərasimində çıxış edən Vyetnamın o zamankı Baş naziri Fam Min Çin qolf meydançasının Vyetnam-ABŞ əlaqələrinin möhkəmlənməsi və xüsusilə ABŞ-dən olan investorların etimadının artırılması baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Layihənin ilkin plana əsasən 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, torpaq mübahisələri səbəbindən tikinti prosesi ləngiyib.

Qəzetin keçirdiyi sorğulara əsasən, tikintidən təsirlənəcək təxminən 4 min sakin ya torpaqlarını verməkdən imtina edir, ya da hökumətdən daha yüksək kompensasiya tələb edir.

Bundan əvvəl “Reuters” agentliyi “The Trump Organization”ın vyetnamlı tərəfdaşlarla birlikdə 2026-cı ildə Ho Şi Min şəhərində göydələn tikintisinə başlaya biləcəyini yazmışdı. Məlumata görə, 60 mərtəbədən hündür olması planlaşdırılan binaya yatırılacaq investisiyanın həcmi 1 milyard dolları keçəcək.

Kopyalandı
Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 592 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 592 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 592 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 592 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 592 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 592 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 592 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 592 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 592 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 592 baxış
Seçilmişlər
icon