Troya döyüşü mifdir, ya tarixi fakt? - Homerin "İliada"sında mübahisəli məqamlar
Yunan-Troya savaşı qədim dünya tarixinin ən oxunan hissələrindəndir. Əsas diqqət isə dövrün iki məğlubedilməz sərkərdəsi Axilles və Hektorun döyüşünə yönəlir. Çünki bu döyüş haqqında müxtəlif fərziyyələr var.
İnsanlar Homerin “İliada”sına birmənalı yanaşmırlar. Çünki o, yunan olub və zəif dabanlı Axillesi Hektorun ayağına verməzdi. Fakt və insanılarda çaşqınlıq yaradan məlumatlar var.
Axilles Hektorla döyüşə qardaşı Patroklun qisasını almaq üçün yollanıb. Əslində Patrokl Axillesin qardaşı yox, ən yaxın tərəfdaşı olub.
Digər məqamlar isə realdır. Yəni Hektor Patroklu öldürmüş və Axilles qisas almaq istəyirdi. Hektorun Axilleslə döyüşə qorxmadan çıxdığı deyilir, İliadada isə Homer yazır ki, Hektor bu güc nümayişindən qaçmağa çalışıb.
Axillesin düzgün mübarizədə qələbə qazandığı deyilsə də, fakt bunu təkzib edir. Homerin “İliada”sında yazılıb ki, yunan tanrıları səmadan Axillesə nizə göndərir və yalnız bundan sonra Hektor öldürülür. Axilles isə Parisin oxunun qurbanı olur.
Deyilənə görə, ox birbaşa Apollon, günəş, musiqi, şeir tanrısı tərəfindən göndərilib. Burada qəribə mənzərə yaranır. Sanki yunan tanrıları kompüterin önündə oturub müxtəlif oyunçuları seçib prinsipial yarışırlar. Buna görə də tarixçilər belə miflər ətrafında mübahisələri tövsiyə etmirlər. Ümumiyyətlə tarix dəqiq elm sayılmır.