Türk qadın "Google"u niyə məhkəməyə verdi?
7 ilə yaxındır texnologiya nəhəngi “Google”da çalışan türk menecer Ülkü Rou şirkətə qarşı iddia qaldırıb.
Buna səbəb şirkətin “cinsiyyətçi maaş siyasəti”ni tətbiq etməsi olub. Belə ki, “Google” daha az təcrübəli kişi işçilərinə təcrübəli qadın işçilərdən daha çox maaş verirdi.
Ülkünün şirkəti məhkəməyə verməsində digər səbəb isə onun işində əldə edə bilmədiyi yüksəliş məsələsi olub. O, lazımi keyfiyyətlərə malik olsa da, “Google”un vitse-prezidenti vəzifəsinə sahib ola bilməyib. Bu vəzifəyə adı anonim qalan daha təcrübəsiz kişi işçi keçib.
"Ədalətsizliyə" tab gətirməyən qadın məhkəməyə müraciət edib. Aylarla davam edən məhkəmə, nəhayət ki, yekunlaşıb. Məhkəmə “Google”u təqsirli bilib və Ülküyə 1,1 milyon dollar təzminat ödəmək barədə qərar çıxarıb.
#Türkiyə teqi istifadə olunub
- "Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA
- İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM
- Türkiyədən Qara dənizdə məhdudiyyət
- Ərdoğan Məkkə sazişinin önəmindən danışdı
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
