Pleyeri seçin:
Türkiyə ilk dəfə PUA-dan qanadlı raket buraxdı
Türkiyə uzaq məsafəli raketini uğurla sınaqdan keçirib. Bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında yazıb.
“Türkiyə səmasının qoruyucusu olan SİPER meydana enməzdən əvvəl etdiyi son sınaqda hədəfi uzaq məsafədən dəqiq vurdu. Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik! Təbrik edirik!”, – deyə o qeyd edib.
İsmayıl Dəmir həmçinin bildirib ki, Türkiyə dünyada ilk dəfə pilotsuz uçuş aparatından qanadlı raket buraxılışını həyata keçirib. “Akıncı” PUA-sından atılan “Çakır” raketinin əsas komponentləri, o cümlədən mühərriki yerli istehsaldır və o, hədəfi dəqiq zərbə ilə vurub.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ermənistan TRIPP layihəsinin reallaşmasını gecikdirmək istəmir
- Ərdoğandan sərt mesajlar | "Onların ipini tutanları da..." - Baku TV
- Rəcəb Tayyib Ərdoğan bölgədə gözlənilən təhlükədən danışdı - Baku TV CANLI
- Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM
- İran-Türkiyə gərginliyi pik həddə | ABŞ-dən vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI
