Dünya
Pleyeri seçin:
Türkiyə MN-dən xüsusi əməliyyat | İŞİD-lə əlaqəli 46 nəfər saxlanıldı
Türkiyə Daxili İşlər Nazirliyi sosial şəbəkələrdən birində “Türkiyədə üsyan” səhifəsinin admininin saxlanılması barədə məlumat yayıb.
İdarəçinin isə 14 yaşlı yeniyetmə olduğu müəyyən edilib.
Səhifədə suriyalı qaçqınların qırğınına və məhv edilməsinə çağırışlar yer alıb.
Eyni zamanda səhifədə Türkiyədə yaşayan suriyalıların şəxsi məlumatları da paylaşılıb. Onun kompüterinə baxış zamanı 3 milyon suriyalının məlumatı aşkar edilib.
Bundan başqa, Türkiyə kəşfiyyatı ölkənin 16 bölgəsində İŞİD-lə əlaqəsi olan 46 nəfəri ələ keçirib. Müdafiə Nazirliyi əməliyyatın görüntülərini də yayımlayıb.
Kopyalandı
Seçilmişlər