Dünya
Pleyeri seçin:
Türkiyə Suriyadan çıxa bilər, amma... | Yaşar Gülərdən təcili açıqlama
Türkiyə Suriya ərazisindən çıxmaq üçün şərtləri açıqlayıb.
Bu barədə ölkənin milli müdafiə naziri Yaşar Güler "Reuters"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bunun üçün yeni konstitusiya qəbul edilməli, seçki keçirilməlidir.
"Həmçinin sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır. Yalnız bundan sonra Türkiyə Suriyadan çıxa bilər", – deyə o bildirib.
Y.Güler həmçinin qeyd edib ki, hər iki ölkənin müdafiə nazirləri arasında görüş ola bilər.
O xatırladıb ki, daha əvvəl oxşar formatda görüş Rusiyanın paytaxtı Moskvada da olub. Əlavə edib ki, ortaq nöqtəyə gəlinən məsələlərlə bağlı yenə görüşlər keçirilə bilər.
Kopyalandı
Seçilmişlər