Pleyeri seçin:

Türkiyə və Suriyada baş verənlərin iç üzü | Toqquşmaların əsl səbəbi

02 iyul 2024 330 baxış

Ölkəmizdə suriyalı miqrantların meydana gətirdiyi sosial gərginliyi qaranlıq güc mərkəzləri istifadə etdi. Baş verənlərin Türkiyədə və Suriyada təzahürlərini gördük. Suriyadakı hadisələrin yenidən ölkəmizdəki vəziyyətin gərginləşməsinə səbəb olması da mümkündür. Yəni əslində, hər iki hadisədə də ölkəmiz hədəf seçilib.

Bu sözləri Axar.az-a Suriyada Türkiyəyə qarşı baş verən iğtişaşların səbəbləri haqqında danışan Bağçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

Alim törədilən iğtişaşlarda xarici xüsusi xidmət orqanlarının əlinin olmasını istisna etməyib:

“Türkiyədə olanları Suriyada öz məqsədləri üçün bəhanə edənlər orada olanları da ölkəmizdə hansısa kirli planları həyata keçirmək üçün istifadə edə bilərlər. Əsas diqqət yetirməli olduğumuz məqam budur. İşin içində xarici kəşfiyyat orqanlarının izi görünür.

Belə ki, rəsmi məlumata görə, təxribatlar üçün “X”də 33 min bot hesabdan 224 min dənə provokasiya məqsədli tvit atılıb. Kimdir bunları belə qısa müddətdə edən? Bir qrup da meydana gələn məlumatsızlıqla bu işdə oyuncaq oldu.

İlk olaraq qeyd edim ki, Kayseridə baş verən hadisə əvvəldən planlaşdırılmayıb. Bu, İraqda, Suriyada müşahidə olunan, müxtəlif sosioloji və mədəni səbəblərdən meydana gələn hamımızın qınadığımız təcavüz aktıdır.

Yəni bu cinayəti şəxs özü törədib və heç bir taktiki, əməliyyat, strateji səviyyəsi yoxdur. Bu cinayətdən təxribat törətmək üçün istifadə edənlər arasında yaxalananların sayı 474-ü keçib.

Yaxalananlar içərisində FETÖ-çülər və adı oğurluğa, qəsbçiliyə, narkomaniyaya qarışmış cinayətkarlar var. Ölkəmizdə bir suriyalının türk qız uşağına təcavüzə cəhd etdiyini, Suriyada isə bunun əksini yaydılar. Ancaq əslində, suriyalı şəxs öz qohumu olan qız uşağına təcavüz edib. Həmin uşaq da hazırda aidiyyəti orqanlarımız tərəfindən çox ciddi nəzarət və müşahidə altındadır”.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 330 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 330 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 330 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 330 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 330 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 330 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 330 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 330 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 330 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 330 baxış
Seçilmişlər
icon