Pleyeri seçin:
Türkiyədə qeyri-adi oğurluq | Saxlanılanlar var
Türkiyənin Kırşehir bölgəsində dəri üzərinə yazılmış 700 illik "Tövrat" əlyazması jandarm tərəfindən müsadirə edilib.
Məlumata görə, Kırşehirin Akpınar rayonunda yolda yoxlama aparan jandarm qrupları şübhələndikləri avtomobili saxlayıb.
Axtarış zamanı 14-cü əsrə aid olduğu güman edilən əlyazma tapılıb. Dəri üzərində yazılmış və simvollarla bəzədilmiş "Tövrat"ın üz qabığı və səhifələri naxışlarla bəzənmiş olub, məzmunu isə ivrit dilində mətnlərdən ibarət olub.
Hadisə ilə bağlı avtomobilin sürücüsü və yanındakı şəxs saxlanılıb. Müsadirə edilən "Tövrat" Kırşehir Muzey İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- “Bu, Türkiyəyə qarşı təhdiddir” | Ankara F-35 proqramına daxil olacaq? - Baku TV
- Türk dövlətlərinin ortaq ordusuna doğru ilk addım? - AKTUAL GÜNDƏM
- Alimlərin əldə etdiyi yeni tapıntılar qədim sirrə yenidən maraq yaradıb
- Türkiyə Prezidenti bölgədə terror yayanlarla bağlı nə dedi? - Baku TV
- Məkkə paktının üzvlərinin nümayəndələri Ər-Riyadda | Nələr müzakirə edildi? - Baku TV CANLI
