Pleyeri seçin:

Türkiyədə "tiktoker"lərə qarşı böyük əməliyyat

21 iyun 2023 438 baxış

Türkiyədə Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və blogerlərin də olduğu 120 nəfəri saxlayıb.

Əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinirlər. Türkiyə mətbuatında yayımlanan məlumata görə, cinayətkar dəstə oğurlanmış kredit kartları ilə fırıldaqçılıqla məşğul olub. Bu qrupun “TikTok” fenomenləri ilə əməkdaşlıq etdiyi də məlum olub.

Dəstə üzvləri oğurlanmış kredit kartları ilə jeton alıb və bunları fenomenlərə göndərib. Bu üsulla blogerlərə yüksək məbləğdə pulun göndərildiyi aydın olub. Daha sonra isə dəstə üzvləri bu məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödəyib.

Ümumilikdə, cinayətkar dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə, təxminən 86 milyon 400 min Azərbaycan manatı göndərdiyi qeyd olunub. Polis əməliyyat nəticəsində 42 fenomenin əmlakını müsadirə edib.

Qeyd edək ki, saxlanılanlar arasında azərbaycanlı bloger Səfər Eyvazovun da olduğu iddia olunur. “TikTok” sosial şəbəkəsində 726 000, “İnstagram”da isə 1 milyondan çox izləyicisi olan bloger son paylaşımını bir gün öncə edib. Səfər uzun zamandır ki, müxtəlif məzmunlarda hazırladığı videolarını İstanbuldan paylaşıb və hər gün canlı yayımlar açaraq hədiyyələr qazanıb. Şərhlərdə izləyiciləri Səfər Eyvazovun saxlanılması ilə bağlı müxtəlif rəylər yazıblar, onun polis bölməsinə birbaşa qaldığı hoteldən aparıldığını iddia ediblər.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 438 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 438 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 438 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 438 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 438 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 438 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 438 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 438 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 438 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 438 baxış
Seçilmişlər
icon