Türkiyədəki dağıdıcı zəlzələdən 1 il ötdü
Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə 2 zəlzələnin onminlərlə insanın həyatına son qoymasından 1 il ötür.
Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silinib. Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.
Türkiyədə ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi. 65 saniyə davam edən 7,8 bal gücündəki zəlzələ o qədər şiddətli idi ki, Misirdə belə hiss edilmişdi.
Türkiyənin 11 əyalətini əhatə edən zəlzələ nəticəsində binalar, yollar, hava limanları yararsız hala düşdü, tarixi tikililər dağıldı. 1 milyondan çox insan dəqiqələr içində evsiz qaldı. Bu, son 30 ilin ən dağıdıcı 5-ci zəlzələsi idi.
Hesablamalara görə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyənin 5 il ərzində 150 milyard dollara ehtiyacı olacaq.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
