Pleyeri seçin:

Türkiyənin "Alican" sərhəd-keçid məntəqəsində hazırlıq işləri gedir - Baku TV

27 dekabr 2025 480 baxış

İğdır vilayətinin Dilucu-Aralıq xətti üzərində, Araz çayı hövzəsində yerləşən və Türkiyənin Ermənistanla birbaşa quru sərhədindəki ən vacib keçid nöqtələrindən biri olan “Alican” sərhəd-keçid məntəqəsində hazırlıq işləri gedir.

Türkiyə mətbuatı xəbər verir ki, “Alican” sərhəd-keçid məntəqəsinin yaxın günlərdə açılması gözlənilir. Burada intensiv işlər aparılır, sürətli hazırlıq prosesi başlanılıb. Hazırda birincidərəcəli hərbi qadağan zona statusunda olan keçid məntəqəsində normal şəraitdə aylar çəkə biləcək işlərin cəmi bir neçə gün ərzində tamamlandığı bildirilir.

İğdır valisi Ercan Turan işlərə mütəmadi nəzarət edir. Onun əsas prioriteti gömrük fəaliyyətlərinin operativ şəkildə işə salınması və sahənin gömrük qurumlarına təhvil verilməsidir. Texnikalar ərazidə fasiləsiz işləyir, mülki rəhbərlik isə prosesi yerində izləyir.

Xatırladaq ki, Qarabağ müharibəsindən sonra başlanmış normallaşma prosesi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni mərhələyə keçidi şərtləndirib. Aparılan danışıqlar nəticəsində əvvəllər yalnız protokol məqsədilə istifadə edilən “Alican” keçidinin tamhüquqlu gömrük xidməti göstərməsi üçün yenidən qurulması qərara alınıb. Bu çərçivədə gömrük sahəsinə müasir hərbi konteynerlər gətirilib, hərbi post üçün ayrıca zona ayrılıb. Eyni zamanda gömrük əməliyyatlarının səmərəli təşkili üçün əlavə xidmət sahələri inşa olunur.

Məsələ ilə bağlı açıqlama verən vali Ercan Turan İğdırın üç ölkə ilə sərhədi olan strateji mövqeyini xatırladaraq bildirib ki, bölgə hər baxımdan hazır olmalıdır.

“Ölkəmizə və şəhərimizə yaraşan müasir gömrük sahəsi yaradacağıq. Növbəti mərhələdə yeni gömrük ərazisi və körpünün də istifadəyə verilməsi nəzərdə tutulur”, – deyə vali qeyd edib.

“Alican” sərhəd-keçid məntəqəsində işlərin tamamlanması ilə İğdırın regional ticarət və logistika baxımından önəmli mərkəzlərdən birinə çevriləcəyi gözlənilir. 

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 480 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 480 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 480 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 480 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 480 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 480 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 480 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 480 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 480 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 480 baxış
Seçilmişlər
icon