Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında nələr müzakirə edilib?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Məlumata görə, iclasda ölkə daxilində və xaricində terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlar, həmçinin regional və beynəlxalq proseslər müzakirə olunub.
İclasda Türkiyənin Şimali Kiprin hüquq və mənafelərini qorumaqda qərarlı olduğu bildirilib.
Bəyanatda İran və ABŞ arasında əldə olunmuş razılaşma müsbət qiymətləndirilib, Suriyada sabitliyin möhkəmləndirilməsinə dəstəyin davam etdiriləcəyi vurğulanıb. İsrailin Qəzza, İordan çayının qərb sahili, Şərqi Qüds və Livanla bağlı hərəkətlərinin regional sülh səylərinə mənfi təsir göstərdiyi bildirilib və beynəlxalq ictimaiyyət prinsipial mövqe tutmağa çağırılıb.
Şura həmçinin İraqla strateji əməkdaşlığın davam etdirilməsi, Rusiya-Ukrayna müharibəsində ədalətli və dayanıqlı sülhün əldə olunmasının vacibliyi və Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində gedən prosesləri müzakirə edib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub
- Tarixi Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür - Baku TV
- Tramp Türkiyə Prezidenti ilə bağlı sualı cavablandırıb
- Paşinyanın gizli gedişi: Ərdoğanla danışıq seçkinin taleyini dəyişəcək? - AKTUAL GÜNDƏM
- Paşinyandan Türkiyə liderinə kritik zəng: Ermənistan Ankaradan nə gözləyir? - AKTUAL GÜNDƏM
