Pleyeri seçin:

Türkiyənin sərt mövqeyi ABŞ və İsrailin "kürd planı"nı iflasa uğratdı - Baku TV

30 mart 2026 17 baxış

İsrail və ABŞ-nin İrana qarşı hazırladığı, on minlərlə kürd döyüşçünün iştirakı ilə Tehrana qədər irəliləməyi nəzərdə tutan gizli hərbi planın Türkiyənin sərt müqaviməti nəticəsində iflasa uğradığı məlum olub.

İsrailin "12-ci kanal"ının yaydığı şok məlumata görə, müharibənin erkən mərhələsində müxtəlif kürd partiyalarından olan on minlərlə silahlı döyüşçü İraq sərhədini keçərək İrana daxil olmalı, yerli əhalini silahlandırmalı və ölkə daxilində silsilə üsyanlar başlatmalı idi. Lakin bu "yerüstü əməliyyat" fazası bir neçə mühüm səbəbdən reallaşmayıb.

Məlumata görə, planın beynəlxalq mediaya sızması Tehranın vaxtında tədbir görməsinə şərait yaradıb, lakin ən həlledici amil rəsmi Ankaranın Vaşinqtona göstərdiyi kəskin təzyiq olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəhbərliyinə açıq şəkildə bildirib ki, Türkiyə regionda hər hansı bir kürd dövlət qurumunun formalaşmasına və ya kürd silahlılarının bu dərəcədə güclənməsinə əsla icazə verməyəcək. Ankaranın bu qətiyyətli mövqeyi qarşısında Vaşinqton planı dondurmaq məcburiyyətində qalıb.

İsrail telekanalı qeyd edir ki, "Mossad"ın bu ssenarisinə böyük ümid bəsləyən Baş nazir Benyamin Netanyahu "silsilə sürprizlər" vədinin yerinə yetirilməməsinə görə dərin məyusluq yaşayır.

Hazırda Tehran Türkiyənin bu gedişindən yararlanaraq İraqın şimalındakı kürd qruplaşmalarına qarşı hərbi təzyiqi artırıb və Bağdadla diplomatik təmaslarını intensivləşdirib. 

Kopyalandı
İran Ordusundan Türkiyəyə raket hücumu | Ölkənin Müdafiə Nazirliyi məlumat yaydı - ANA XƏBƏR

İran Ordusundan Türkiyəyə raket hücumu | Ölkənin Müdafiə Nazirliyi məlumat yaydı - ANA XƏBƏR

Dünya
30 mart 2026 17 baxış
"İranla sülh sazişinin imzalanma ehtimalı yüksəkdir" | Donald Tramp

"İranla sülh sazişinin imzalanma ehtimalı yüksəkdir" | Donald Tramp

Dünya
30 mart 2026 17 baxış
ABŞ-nin danışıqlar təklifi etibarsızdır | İran XİN

ABŞ-nin danışıqlar təklifi etibarsızdır | İran XİN

Dünya
30 mart 2026 17 baxış
Çin bu ölkəyə görə ABŞ-yə çağırış etdi - Baku TV CANLI

Çin bu ölkəyə görə ABŞ-yə çağırış etdi - Baku TV CANLI

Dünya
30 mart 2026 17 baxış
Avstraliyanın Baş naziri müharibədə gərginliyin azaldılmasını istəyir

Avstraliyanın Baş naziri müharibədə gərginliyin azaldılmasını istəyir

Dünya
30 mart 2026 17 baxış
ABŞ və İsrail məqsədinə çatdı? | Münaqişənin bir ayı tamamlandı

ABŞ və İsrail məqsədinə çatdı? | Münaqişənin bir ayı tamamlandı

Dünya
30 mart 2026 17 baxış
İraqdakı ABŞ universitetlərinə hücumlar gözlənilir? - Baku TV CANLI

İraqdakı ABŞ universitetlərinə hücumlar gözlənilir? - Baku TV CANLI

Dünya
30 mart 2026 17 baxış
Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb

Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb

Dünya
30 mart 2026 17 baxış
Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüzlə bağlı hərəkətə keçdi

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüzlə bağlı hərəkətə keçdi

Dünya
30 mart 2026 17 baxış
Tramp ABŞ Ordusunu İrana yeridəcək?

Tramp ABŞ Ordusunu İrana yeridəcək?

Dünya
30 mart 2026 17 baxış
Seçilmişlər
icon