Pleyeri seçin:
Tramp ABŞ Ordusunu İrana yeridəcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrandan zənginləşdirilmiş uranın çıxarılması üçün hərbi əməliyyat keçirmə imkanını qiymətləndirir.
Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, həyata keçiriləcəyi təqdirdə əməliyyat riskli və mürəkkəb olacaq və ABŞ quru qoşunlarının bir neçə gün müddətində ölkəyə daxil olmasını nəzərdə tutur.
Nəşr bildirir ki, ABŞ lideri bu ideyaya açıqdır, lakin hərbi personalın qarşılaşacağı təhlükə səviyyəsini öyrənir və hələlik yekun qərar qəbul etməyib.
Bundan əlavə, Tramp müşavirlərinə İrana təzyiq göstərməyi tapşırıb ki, İslam Respublikası ixtiyari şəkildə təxminən 450 kiloqram zənginləşdirilmiş uranı verməklə münaqişənin dayandırılması şərtlərindən birinə əməl etsin.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Vaşinqtondan Ukrayna mesajı
- Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI
- Tramp seçki öncəsi yaranan riskləri daha ciddi qiymətləndirir - Baku TV CANLI
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
- Tramp diqqətçəkən paylaşım edib
