Türkiyəyə güvənənlər, bunu bilin ki... | Xaçikyandan Suriya barədə qalmaqallı şərh
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyada Bəşər Əsəd rejiminin son dövrlərdə ağır məğlubiyyətlərə düçar olması Ermənistanda ciddi narahatlıq doğurub.
Yerli politoloq Artur Xaçikyan bununla bağlı fikirlərini paylaşıb.
“Türkiyə və ola bilsin ki, İsrail və ABŞ tərəfindən Suriyaya təşkil edilən hücum aşağıdakı mənaları ifadə edir:
1) Bu, Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır ki, onun qüvvələrini Ukraynadan yayındırsın, bu da Qərbin maraqlarına uyğundur. Qərb bunu nə Gürcüstanda, nə Ermənistanda, nə də Moldovada edə bilərdi. Amma indi Suriyada uğur qazanıblar və növbəti sırada İran ola bilər. Bu, İrana qarşı ikinci cəbhədir, onu müharibəyə sürükləmək cəhdidir ki, bu da İsrail və ABŞ-nin maraqlarına uyğundur.
2) Bu, Türkiyəyə etibar oluna biləcəyini, onu öz tərəfinə çəkə biləcəyini, hər şeyi ona bağışlayacağını düşünənlər üçün fikir qidasıdır. Bu, əlbəttə ki, onların işidir, amma bəlkə də yenidən düşünməlidirlər.
3) Bu, Ermənistandan olan təlxəklər üçün başqa bir dərsdir. Heç bir sazişə arxalanmaq olmaz. Dostlarımız illərdir Türkiyə ilə dostluq etməyə, onu sakitləşdirməyə, bağışlamağa, çoxlu güzəştlərə getməyə çalışırlar. İndi bir daha gördük ki, sakitləşmək heç bir nəticə vermir. Bu, Ermənistandan addım-addım geri çəkilərək sülh istəyən “sakitləşdiricilər” üçün dərsdir. Sülh olmayacaq”, – deyə revanşist ekspert Suriya ilə bağlı özü üçün belə “dərslər” çıxarıb.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
