Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
Rusiya və Ukrayna arasında üçgünlük qısamüddətli atəşkəs elan olunub.
Razılaşmaya əsasən, sentyabrın 8-nə qədər Moskva və Kiyevə zərbələrin endirilməməsi nəzərdə tutulur. Məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Kiyevə zərbələrin üç gün ərzində dayandırılması barədə göstəriş verib.
Qısamüddətli atəşkəs ABŞ nümayəndə heyətinin regiona səfəri ilə eyni vaxta təsadüf edir. ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin əvvəlcə Moskvada Rusiya rəhbərliyi ilə Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə etdiyi bildirilir.
ABŞ nümayəndə heyətinin növbəti mərhələdə Kiyevə gedərək Ukrayna rəhbərliyi ilə danışıqlar aparması planlaşdırılır.
ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonda mümkün sülh sazişi ilə bağlı yeni ideyanın yarandığını açıqlayıb.
Üçgünlük fasilənin tərəflər arasında daha geniş danışıqlar üçün zəmin yaradıb-yaratmayacağı isə əsas sual olaraq qalır.
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
- Bişkekdə diqqətçəkən görüş | Putin Paşinyanla hansı məsələləri müzakirə edəcək? - Baku TV
