Pleyeri seçin:

Ukrayna bu raketlə Krım körpüsünü vura bilər | Almaniyanın yeni liderinin mesajı gərginlik yaratdı

18 aprel 2025 692 baxış

Almaniyanın yeni seçilmiş Kansleri Fridrix Merts Kiyevə “Taurus” raketlərini tədarük edəcəyi təqdirdə ölkəni birbaşa Rusiya-Ukrayna müharibəsinin tərəfinə çevirəcək.

Bunu amerikalı analitik Gilbert Dokrou deyib.

“Almaniya Ukraynaya “Taurus” tədarük etməyə başlaya və onu idarə etmək üçün mütəxəssislər göndərə bilər. Başqa sözlə, F.Merts Almaniyanı müharibənin birbaşa tərəfinə və legitim hədəfə çevirməyə hazırdır”, − ekspert vurğulayıb.

G.Dokrou qeyd edib ki, Ukrayna bu raketlə Krım körpüsünü vura bilər:

“Almaniya belə bir addıma cavab verməyə hazırdırmı?”.

Amerikalı ekspert əlavə edib ki, Krım körpüsü Ukraynanın işğal edilmiş əraziləri ilə Rusiya arasında quru əlaqəsini təmin edən yeganə yoldur. Rusiya dəfələrlə körpünün vurulmaması barədə Ukrayna və avropalı tərəfdaşlarına xəbərdarlıq edib. Ukrayna üçillik müharibədə körpünü vurmaqdan çəkinib.

Xatırladaq ki, Almaniyanın hazırkı Kansleri Olaf Şolts müharibənin başlamasından bəri sözügedən raketlərin Ukraynaya tədarükündən imtina edir.

O.Şoltsun xələfi F.Merts isə ötən gün vəzifəsinin icrasına başladıqdan sonra Ukraynaya “Taurus”ların tədarükünə başlanıla biləcəyini açıqlayıb. Həmin gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Ukrayna gələcəkdə bu raketlərlə federasiya ərazilərinə zərbələr endirsə, Moskva Almaniyanı müharibədə tərəf kimi qəbul edəcək.

Almaniyanın yeni Kansleri vəzifəsinin icrasına mayın 6-da başlayacaq.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 692 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 692 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 692 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 692 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 692 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 692 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 692 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 692 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 692 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 692 baxış
Seçilmişlər
icon