Pleyeri seçin:

Ukrayna məhz onu hədəf seçdi? - Rusiyadakı partlayışın detalları üzə çıxdı

17 dekabr 2024 367 baxış

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun ölümü terror aktı kimi qiymətləndirilir.

İstintaqın versiyasına görə, cinayəti açıq şəkildə Ukrayna xüsusi xidmət orqanları – Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və ya Ukrayna Təhlükəsizlik Xidməti həyata keçirib. Onlar general Kirillovu, çox güman ki, ictimai şəxs olduğuna görə hədəf seçiblər. İqor Kirillov 2017-ci ildən qoşunlara rəhbərlik edib.

O, bir sıra brifinqlərin iştirakçısı olub, həmin tədiblərdə Ukraynadakı Amerika bioloji laboratoriyaları haqqında danışıb.

Faktla bağlı qətl və silah-sursatın qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib:

“Rusiyanın Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi paytaxtda iki hərbçinin ölümü ilə bağlı Rusiya Cinayət Məcəlləsinin qətl, terror aktı, silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açıb, araşdırmalar aparılır.

Dekabrın 17-si Ryazan prospektində yerləşən yaşayış binasının qarşısında skuterə yerləşdirilən bombanın partlaması nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi dünyasını dəyişib. Baş vermiş hadisə terror aktı kimi qiymətləndirilir”.

Svetlana Petrenkonun sözlərinə görə, cinayəti törədən şəxslər tutulsalar, dövlətə xəyanətdə ittiham olunacaqlar.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, partlayıcı qurğu uzaq məsafədən idarə olunub. 

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 367 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 367 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 367 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 367 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 367 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 367 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 367 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 367 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 367 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 367 baxış
Seçilmişlər
icon