Ukrayna müharibəsi bitə bilər? | Putin və Tramp nələri müzakirə etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Onun sözlərinə görə, telefon danışığı düz 1 saat davam edib, konstruktiv və açıq xarakter daşıyıb. Putinlə Tramp ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərinin nəticələrini müsbət qiymətləndiriblər, bu səfərlərin davam etdiriləcəyi razılaşdırılıb.
Uşakovun sözlərinə görə, Tramp prezidentliyi dövründə Ukrayna münaqişəsi üzrə irəliləyiş əldə etməkdə maraqlıdır. Putin isə Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. Amerikalıların hərbi əməliyyatlara son qoymaq üçün hansı konkret tədbirlər görə biləcəyi qeyd olunub.
Putin telefon danışığı zamanı Rusiyanın Avropaya qarşı heç bir düşmənçilik planının olmadığını deyib.
#Vladimir Putin teqi istifadə olunub
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
