Ukrayna Ordusu genişmiqyaslı əməliyyat həyata keçirdi
"Ukraynanın Müdafiə Qüvvələri Krımda Rusiyanın sərhəd gözətçi gəmisinə, barıt zavoduna, anbarlara və bir sıra digər obyektlərə zərbələr endirib".
Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Bundan başqa, Xarkov vilayətində rusların silah və hərbi texnikasının cəmləşdiyi məkan, Donetskdə idarəetmə məntəqəsi, Ryazanda yerləşən "Elastik" barıt zavodu, Tambov vilayətində yüksək dəqiqlikli silahlar üçün komponentlər istehsal edən Miçurinsk "Proqress" müəsissəsi və Sankt-Peterburqdakı neft terminalı ərazisindəki rezervuarlar vurulub.
Ukraynada müharibə başlayandan bəri Rusiyanın hücumları nəticəsində 707 uşaq ölüb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.
O, müharibə nəticəsində minlərlə uşağın xəsarət aldığını, qaçırıldığını və taleyinin naməlum olduğunu bildirib.
