Ukrayna Qafqaz ölkələrinə əməkdaşlıq təklifi edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Qafqaz ölkələrinə hava hücumundan müdafiə və dronlardan qorunma sahəsində əməkdaşlıq təklif edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
"Ukrayna hazırda Yaxın Şərq və Fars körfəzi ölkələri ilə fəal şəkildə işləyir. Biz Qafqaz ölkələri ilə əməkdaşlığa hazırlaşırıq və digər tərəfdaşlarla danışıqlar aparırıq və mən vurğulamaq istəyirəm ki, Ukrayna yalnız dronlar deyil, tam müdafiə sistemi təklif edir", – deyə o yazıb.
Zelenski bildirib ki, Ukrayna inteqrasiya olunmuş müdafiə əməkdaşlığı sistemi qurmağı təklif edir.
"Məsələn, ərəb dövlətlərinin güclü raket hücumundan müdafiəsi var, biz isə onlara "Shahed"lərdən və dənizdə müdafiə qurmağa kömək edirik. Sərhədləri, sahilləri, dənizi, infrastrukturu qorumaq üçün məhz belə bir inteqrasiya olunmuş müdafiəni Avropa üçün də yaratmaq lazımdır", – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, regionda və dünyada artan risklər, eləcə də silahların, xüsusən də PUA-ların daimi təkmilləşdirilməsi fonunda SAFE proqramı kifayət deyil.
"Biz fəaliyyətimizi əlaqələndirməli və birgə Avropa aləti – dronlar üzrə proqram yaratmalıyıq. Biz təcrübəmizi, sənayemizi və potensialımızı investisiya etməyə hazırıq", – deyə Zelenski fikrini yekunlaşdırıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
