Pleyeri seçin:
Ukrayna-Rusiya müharibəsi ilə bağlı yeni iddia | Ağ Evdən təcili açıqlama
“ABŞ Polşanın Ukraynanın hava məkanı üzərində Rusiya raketlərini zərərsizləşdirməsini dəstəkləmir”.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O bildirib ki, Vaşinqton bu ideyanın tamamilə əleyhinədir.
“Heç kim bu müharibənin genişlənməsini arzulamır. Biz Ukraynanın qələbəsini dəstəkləyirik, lakin münaqişənin daha da böyüməsini istəmirik. Bu nə ukraynalıların, nə də polyakların xeyrinə olardı.
Ümumiyyətlə, bu heç kimin ürəyincə ola bilməz”, – deyə o qeyd edib.
Qeyd edək ki, indiyədək bir neçə dəfə Ukraynaya doğru atılan raketlər Polşa istiqamətindən uçub və onun hava məkanını pozub. Lakin Polşanın hava hücumundan müdafiə qüvvələri bu raketləri zərərsizləşdirməyib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- ABŞ-nin Arktikadakı yeni hərbi planı regional balansı necə dəyişəcək? - Baku TV CANLI
- ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
