Pleyeri seçin:

Ukrayna sərt cavab verəcək! - Zelenskidən Rusiyaya xəbərdarlıq

17 iyul 2025 567 baxış

Rusiya Silahlı Qüvvələri iyulun 16-dan 17-nə keçən gecə və səhər saatlarında Ukraynanın Dnepr şəhərinə dronlarla kütləvi hücum edib. Nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

“Hava hücumundan müdafiə qüvvələri düşmənin təyyarə tipli 22 pilotsuz uçuş aparatını havada olarkən zərərsizləşdirib”, ‒ deyə Lısak əlavə edib.

Xerson da PUA hücumuna mıruz qalıb. Vilayətin hərbi administrasiyasından bildirilib ki, fərdi yaşayış evləri atəşə tutulub, 2 nəfər xəsarət alıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə videomüraciətində bildirib ki, hava hücumu nəticəsində Donetsk vilayətində daha 2 nəfər vəfat edib, 11 nəfər xəsarət alıb:

“Bu, Rusiyanın növbəti terrorudur. Onların bombaladığı ərazilərdə hərbi infrostruktur yoxdur, məqsədli şəkildə daha çox insanın həyatına son qoymaq üçün dinc sakinlərin yaşadıqları əraziləri vururlar. Biz buna sərt cavab verəcəyik”.

Rusiyanın hava hücumundan müdafiə qüvvələri isə Ukraynaya məxsus 122 PUA-nı məhv edib. Voronejdə çoxmərtəbəli yaşayış binasının zədələndiyi açıqlanıb, 3 nəfər yaralanıb.

Belqorodda isə 1 nəfər həlak olub.

Qeyd edək ki, Moskvanın səmasında da 3 dron vurulub.

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Dünya
10 avqust 2026 567 baxış
Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Dünya
10 avqust 2026 567 baxış
Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Dünya
10 avqust 2026 567 baxış
ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

Dünya
10 avqust 2026 567 baxış
İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

Dünya
10 avqust 2026 567 baxış
Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
10 avqust 2026 567 baxış
“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

Dünya
10 avqust 2026 567 baxış
Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Dünya
10 avqust 2026 567 baxış
Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Dünya
10 avqust 2026 567 baxış
Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Dünya
10 avqust 2026 567 baxış
Seçilmişlər
icon