Ukraynada körpələrə "Bayraktar" adı verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada yeni doğulan körpələrə “Bayraktar” adı verilib.
Bu, Rusiya ilə Ukrayna arasında bir ilə yaxındır davam edən müharibədə istifadə edilən “Bayraktar TB-2” PUA-larının populyarlığının 2022-ci ildə zirvəyə çatması ilə bağlıdır.
Məlumata görə, “Bayraktar” ölkədə yenidoğulan uşaqlara verilən ən qeyri-adi və məşhur adlar arasına daxil olub. Ukraynada insanların Türkiyənin bu pilotsuz uçuş aparatlarını çox sevdiyini və tanıdığını bildirən Krım Tatar Milli Məclisinin deputatı və Media şöbəsinin müdiri Qayana Yüksel qeyd edib ki, təkcə ölkənin Vinnitsa vilayətində 2022-ci ildə doğulan 10084 uşağa verilən adlar arasında “Bayraktar” ən çox istifadə ediləndir.
Məlumat üçün bildirək ki, Ukraynada ailələr tərəfindən körpələrə verilən qeyri-adi və məşhur adlar arasında oğlanlarda Jan Javelin, Artur Bayraktar, Həbib, Sultan və İskəndər, qızlarda isə Adelina Javelina, Athena və Lolita daha çox olub.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
