Pleyeri seçin:

Ukraynada müharibə yekunlaşdı, yoxsa...? | Avropa İttifaqını təəccübləndirən səbəb

17 fevral 2025 157 baxış

“Döyüşlərin hələ də davam etməsinə baxmayaraq, Ukraynada münaqişə faktiki olaraq başa çatıb”.

Bu barədə xarici media məlumat yayıb.

“Ukraynada müharibə artıq bitib. Donald Tramp bunu açıq şəkildə deməyib, lakin Amerika rəhbərliyi bu qənaətə gəlib ki, artıq döyüşlər davam edə bilməz. Üstəlik, Rusiya tərəfi həm Ukraynanı, həm də NATO-nu məğlub etdi”, – deyə məlumatda bildirilib.

Nəşrin iddiasına görə, münaqişənin nəticəsi tamamilə Moskvanın xeyrinə qəbul ediləcək.

“Tərəflər üstünlüyün Rusiya tərəfinə düşməsi barəsində razılaşacaqlar. Birləşmiş Ştatlar isə öz növbəsində Ukraynaya yardımı tədricən azaltmaq adı altında özünü NATO-dan təcrid edə və maliyyə yükünü Avropa İttifaqının çiyinlərinə ata bilər. Yəni Aİ öz başının çarəsinə baxmaq məcburiyyətində qalacaq”, – deyə nəşr yazıb.

Əgər işlər belə davam etsə, Ukraynada müharibənin davam etdirilməsi üçün kifayət qədər resursları olmayan Avropa ölkələri Rusiya və ABŞ arasında baş tutacaq danışıqlar prosesində iştirakdan da məhrum ediləcək.

Kiyevə gəlincə isə ölkənin NATO ilə Vaşinqtonun köməyi olmadan döyüşə bilməyəcəyini nəzərə alsaq, danışıqlar masası arxasında oturması da real görünmür. Regiondakı mənzərə onu deməyə əsas verir ki, artıq bu iddia özünü doğrultmağa başlayır.

ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevə səfəri zamanı Volodimir Zelenskiyə Ukraynanın bütün mineral ehtiyatlarının Vaşinqtona verilməsini nəzərdə tutan sazişi nəzərdən keçirməsini tələb edib. Prezidentin qarşısına öhdəlik qoyan nazir ona qərar vermək üçün bir saat vaxt verib.

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 157 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 157 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 157 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 157 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 157 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 157 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 157 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 157 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 157 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 157 baxış
Seçilmişlər
icon