Dünya
Pleyeri seçin:
Ukraynadakı kadr dəyişikliyinə Rusiyadan reaksiya
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Valeri Zalujnının istefaya göndərilməsi məsələsinə reaksiya verib.
O, mətbuat konfransında çıxışı zamanı bildirib ki, Ukraynanın Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə Aleksandr Sırskinin təyin edilməsi heç bir şəkildə hərbi əməliyyatların gedişinə təsir etməyəcək.
D.Peskovun sözlərinə görə, Rusiya məqsədlərinə çatana qədər Ukraynada hərbi əməliyyatları davam etdirəcək.
Qeyd edək ki, Prezident Volodimir Zelenski fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişdiyini açıqlayıb. O, Zalujnını istefaya göndərib və bu vəzifəyə ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general Aleksandr Sırskini təyin edib.
Kopyalandı
Seçilmişlər