Pleyeri seçin:

Ukraynadakı müharibədə həlak olan jurnalistlərin sayı açıqlandı

30 avqust 2023 373 baxış

Artıq il yarımdan çoxdur Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin ən həssas məqamlarından biri də xarici jurnalistlərin bu ölkədəki fəaliyyətidir.

Baku TV-nin əməkdaşı da daxil olmaqla müharibənin ilk günündən Ukraynada dünyanın müxtəlif media orqanlarının 10 minə yaxın nümayəndəsinin fəaliyyət göstərdiyi bildirilir. Son vaxtlar isə Ukraynada onlara qarşı bəzi məhdudiyyətlərin qoyulmasının şahidi oluruq.

Ukrayna Milli Jurnalistlər İttifaqının rəhbəri Sergiy Tomilenko xarici jurnalistlərin cəbhə bölgəsinə səfəri ilə bağlı qoyulan məhdudiyyətlərdən danışıb: “Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına sorğu göndərdik. 3 gün ərzində problem öz həllini tapıb. Bildirilib ki, mətbuat işçilərinin standart işi bərpa olunub. Düşünürəm ki, bu kimi məhdudiyyətlər Rusiyanın kəşfiyyat məlumatları əldə etmək imkanları ilə bağlıdır. Biz istəyirik ki, jurnalistlər təhdid kimi yox, öz auditoriyasına həqiqəti çatdırmaq istəyən peşəkarlar kimi qələmə verilsinlər. Kiyevdə xarici jurnalistlərin fəaliyyətinə mane olan bəzi məmurları da öz məsuliyyətlərini dərk etməyə çağırırıq. Əgər biz bu nöqsanları tənqid etməsək, düşmənə qarşı mübarizə aparan ölkəni qura bilməyəcəyik”.

Sergiy Tomilenko həmçinin müharibə müddətində Ukraynada həlak olan jurnalistlərin, o cümlədən ölkədə bağlanan media orqanlarının sayını açıqlayıb: “Ukraynada fəaliyyət göstərən KİV redaksiyalarının təxminən üçdə biri müharibə səbəbindən bağlanıb. Yüzlərlə jurnalist işindən ayrılaraq ordu sıralarına qoşulub. Müharibə səbəbindən həyatını itirən KİV nümayəndələrindən də danışmaq istəyərdim. Təəssüf ki, aralarında xarici jurnalistlərin də olduğu 70-dən çox media işçisi Rusiyanın ölkəmizdə apardığı müharibənin qurbanı olub. Söhbət Litvadan, ABŞ-dən, Fransadan və Böyük Britaniyadan olan media nümayəndələrindən gedir. Həmçinin Krımda öz peşə borcunu yerinə yetirən 15 jurnalist həlak olub. Mariupolda həyatını itirənlər arasında Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulan jurnalistlər də olub. Onların ailələrinə başsağlığı veririk”.

Qeyd edək ki, son günlərdə Ukraynada vəziyyət gərginləşib. Paytaxt Kiyevlə yanaşı, ölkənin bir sıra vilayətləri Rusiya Ordusu tərəfindən mütəmadi olaraq raket və PUA hücumuna məruz qalır. 

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 373 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 373 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 373 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 373 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 373 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 373 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 373 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 373 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 373 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 373 baxış
Seçilmişlər
icon