Pleyeri seçin:

Ukraynadan Qərb qonşularına irad

29 sentyabr 2023 364 baxış

Bu ilin yazından Rusiyanın “taxıl sazişi”ndən imtina etməsi Ukrayna taxılının dünya bazarına çıxışını demək olar ki, dayandırıb.

Rəsmi Kiyev problemin həlli üçün Polşa, Slovakiya və Sloveniya vasitəsilə bu tranziti həyata keçirməyə cəhd etsə də, qərb qonşularının gözlənilməz imtinası ilə üzləşib. Hətta buna görə Kiyevin qərb qonşularını beynəlxalq məhkəməyə verdiyi idda olunur.

Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fedor Venislavski ölkəsindəki bu qlobal krizlə bağlı son vəziyyəti Baku TV-nin Şərqi Avropa bürosuna açıqlayıb.

O bildirib ki, Avropa İttifaqının üzvü olan qonşu ölkələrin Ukraynaya qarşı qeyri-dost addımı ticarət əlaqələrinə dair beynəlxalq normalara ziddir:

“Bəzi qonşu ölkələrin qərarları Beynəlxalq Ticarət Təşkilatının, Avropa İttifaqı qaydalarının pozulması deməkdir. Hesab edirəm ki, Ukrayna Avropa İttifaqına və digər ölkələrə məhsullarının sərbəst şəkildə tədarükünə dair bütün hüquqi mexanizmlərdən istifadə edəcək.

Başa düşürük ki, Ukrayna ilə həmsərhəd, Qərbdən olan tərəfdaşlarımızın bir çox qərarları həmin ölkələrdəki siyasi proseslərlə əlaqədardır. Məsələn, bu ölkələrdə fermerlər etiraz edirlər, çünki tədarük bazarlarını itirirlər. Ukraynanın kənd təsərrüfatı məhsulları daha ucuz və keyfiyyətlidir. Bu ölkələrin siyasətçiləri öz seçicilərinə müraciət etməyə məcburdur. Ukrayna bu istiqamətdə çalışır. Əsasən taxıl məhsulları daxil olmaqla, kənd təsərrüfatı mallarını quru dəhlizlə tədarük edirik. Amma dəniz marşrutunu da tədricən bərpa edirik”.

Qeyd edək ki, Ukraynanın taxıldan başqa digər qlobal əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsulları da müharibə səbəbi ilə ixrac məhdudiyyəti ilə üz-üzədir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 364 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 364 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 364 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 364 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 364 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 364 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 364 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 364 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 364 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 364 baxış
Seçilmişlər
icon