Dünya
Pleyeri seçin:
Ukraynadan Rusiyaya kütləvi PUA hücumu | Müharibədə son vəziyyət
Rusiya ilə Ukrayna arasında vəziyyət gərgin olaraq qalır.
Oktyabrın 28-dən 29-na keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə ərazisində 8 pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kiyev rejimi Rusiya Federasiyası ərazisində terror aktları həyata keçirməyə cəhd edib.
“PUA-lardan ikisi Belqorod, ikisi Bryansk, ikisi Kursk, biri Orlov vilayətində və daha biri Qara dənizin üzərində məhv edilib”, – deyə məlumatda qeyd edilib. Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Kopyalandı
Seçilmişlər