Ukraynalı deputat Qərbin verdiyi vədlərdən danışdı
Artıq yarım ildən çoxdur ki, əvvəlcə Fransanın, ardınca da bir neçə Qərb ölkəsinin Ukraynaya hərbi qüvvə göndərməklə bağlı verdiyi vədin sadəcə sözdə olması ukraynalıları məyus edib.
Elə uzun zamandır gözlənilən silah yardımının gecikməsi də Kiyevdə Qərbin qoşun göndərəcəyi ilə bağlı inamı azaldıb.
Politoloq Maksim Yalinin fikrincə, Ukrayna ərazisinə xarici ölkə ordusunun gətirilməsi çətin məsələdir:
“Təəssüf ki, Qərb ölkələri Ukraynaya söz verdikləri ordunu göndərməyə hələ hazır deyillər. Buna səbəb onların daxili siyasi vəziyyətləri, Rusiya ilə üz-üzə gəlmək istəməmələridir. Amma buna baxmayaraq, müzakirə davam edir.
Ola bilsin ki, Fransa, Polşa və Baltikyanı ölkələr təlim keçmək üçün Ukraynaya qrup göndərsinlər. Bu da yəqin ki, cəbhəyə yaxın yox, kənar bir yerdə olacaq. Bütün hallarda bu da ukraynalı hərbçilərin döyüş effektinə ciddi təsir edəcək. Ancaq bütün bunlar yaxın 2 ayda olmayacaq. Sonra nələr baş verəcək, bunu görəcəyik”.
Qeyd edək ki, yaz aylarından etibarən Ukraynada müharibə yenidən şiddətlənib.