Ukraynanın dron hücumları Rusiya aviasiyasına nə qədər ziyan vurub?
Ötən gün Rusiya hava limanlarında dron hücumları səbəbi ilə yaranmış kollaps aviaşirkətlərə təqribən 20 milyard rubl ziyan vurub.
Bu barədə "Kommersant” nəşri aviaşirkət nümayəndələri və ekspertlərə istinadla məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, məsələn, “Boeing 737-800” tipli təyyarənin bir reysinin ləğvi aviaşirkətə 15-23 milyon rubl itkisi verə bilər. Bu məbləğə aeroport xidmətləri üzrə ödənişlər, ekipajın iş xərcləri, yanacaq və əldə olunmamış gəlir daxildir.
Reysin 15 dəqiqədən artıq gecikməsi isə təxminən 1,5 milyon rubl zərərə başa gəlir. Təyyarənin ehtiyat hava limanına yönləndirilməsi də təqribən 1,5-2 milyon rubl xərclə müşayiət olunur.
"Rosaviasiya”nın məlumatına görə, PUA hücumu nəticəsində 485 reys ləğv olunub, 88 reys ehtiyat hava limanlarına yönləndirilib, 2 minə yaxın reys isə gecikib. Bu müddət ərzində sərnişinlərə 199 min içki və 155 min qida xidməti göstərilib. 43 min bilet qaytarışı və 94 min hotel yerləşməsi təmin olunub.
#Dron hücumu teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Moskvaya kütləvi dron hücumundan sonra bütün hava limanlarında uçuşlar dayandırılıb
- Rusiya ordusu mülki şəxsləri hədəfə aldı | Binalara zərbələr endirildi - Baku TV
- Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
