Ukraynanın Rusiyaya qaçan keçmiş prezidenti danışdı | Fəlakət olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO-ya qoşulmaq Ukrayna üçün fəlakət və birbaşa vətəndaş müharibəsinə aparan yol olardı”.
Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç deyib.
“Mən bu prosesə – Ukraynanın Avropa İttifaqına daxil olmasına nəzarət edirdim. Mən həmişə Ukraynanın NATO-ya daxil olmasının qəti və inamlı əleyhdarı olmuşam. Həmişə başa düşmüşəm ki, bu, Ukrayna üçün fəlakətdir. Bu heç yerə aparan yoldur. Bu, vətəndaş müharibəsinə aparan birbaşa yoldur”, – o qeyd edib.
V.Yanukoviç Rusiya Prezidenti Vladimir Putinin Qərbin davamlı olaraq Kiyevi NATO-ya cəlb etmək cəhdlərinin Ukraynada münaqişənin əsas səbəblərindən biri olması barədə bəyanatını belə şərh edib: “Bəli, Vladimir Vladimiroviç tamamilə haqlıdır”.
Xatırladaq ki, Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub. Hakimiyyətinin son ilində baş verən çevriliş nəticəsində devrilən Ukraynanın keçmiş lideri Rusiyaya qaçıb. V.Yanukoviç Ukraynada vətənə xəyanətdə ittiham olunur.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI
- Super uzaqmənzilli raketlər hansı ölkələrin arsenalında olacaq? - Baku TV
- Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI
- Monteneqro və Albaniya NATO-dan kömək istəyib
- Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI
