Pleyeri seçin:
Uqandada Ebola virusuna qarşı yeni peyvəndin tədqiqi planlaşdırılır
Uqandada Ebola virusunun “Bundibugyo” variantına qarşı yeni peyvəndin klinik sınaqlarının birinci mərhələsinə başlanılıb.
Bu barədə "Africanews" məlumat yayıb.
Oksford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan peyvəndin sınaqları ölkənin cənubundakı Masaka şəhərində keçirilir. Tədqiqatda 110 könüllünün iştirakı nəzərdə tutulub.
Mütəxəssislərin sözlərinə görə, birinci mərhələdə peyvəndin təhlükəsizliyi və immun reaksiyası yaratmaq qabiliyyəti qiymətləndiriləcək.
Könüllülərin sağlamlıq vəziyyəti 12 ay ərzində izləniləcək. Hindistanın Serum İnstitutu gələcək istifadə üçün eksperimental peyvəndin təxminən 620 min dozasını istehsal edib. Klinik sınaqlar üçün isə Uqandaya təxminən 3 min doza göndərilib.
Kopyalandı
#Uqanda teqi istifadə olunub
- Epidemiyadan ölənlərin sayı min nəfəri keçib
- Ebola epidemiyası Afrika ölkələrində sürətlə yayılır | Ölənlərin sayı durmadan artır - Baku TV
- Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb
- Ceyhun Bayramov uqandalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib - Baku TV
- Kampalada Milad bayramı qeyd edilib
