Uranın zənginləşdirilməsi heç vaxt dayandırılmayacaq | İran rəsmisi
Yeniliklərdən dərhal xəbərdar olun
“İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır”.
Bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani söyləyib.
Diplomat vurğulayıb ki, uranın zənginləşdirilməsi üzrə fəaliyyət Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən, İranın haqqıdır.
“Bu, İranın hüququdur və biz bu hüquqdan istifadə etmək istəyirik. Düşünürəm ki, zənginləşdirmə heç vaxt dayandırılmayacaq”, ‒ deyə İrəvani əlavə edib.
Qeyd edək ki, Atom üzrə Beynəlxalq Enerji Agentliyinin baş direktoru Rafael Qrossi daha əvvəl İranın nüvə proqramının bəzi komponentlərini saxladığını və aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə biləcəyini demişdi.
Onun sözlərinə görə, İran Fordo, Natanz və İsfahanda uranın emalı, çevrilməsi və zənginləşdirilməsi qabiliyyətinə malikdir.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
