Pleyeri seçin:

Vaşinqton rəsmisindən açıqlama | ABŞ-İran arasında son vəziyyət - Baku TV

23 iyun 2026 385 baxış

İsveçrədə İran və ABŞ arasında texniki danışıqlar davam edir.

Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hər iki ölkənin nümayəndə heyətlərinin bir qismi danışıqları davam etdirmək üçün İsveçrədə qalıb.

“Komandamızın böyük bir hissəsini geridə qoyduq. İranlılar da komandalarının böyük bir hissəsini işi davam etdirmək üçün orada qoyublar”, – deyə Vens bildirib.

Vens ABŞ-İran danışıqlarına toxunaraq vurğulayıb ki, ümumilikdə çox məhsuldar bir görüş keçirilib.

Ümumilikdə bu, çox məhsuldar keçən 36 saat oldu deyən Vens eyni zamanda İran və ABŞ arasında dialoqda irəliləyiş olduğuna inandığını söyləyib.

Qeyd edək ki, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında sülh danışıqlarının ilk raundu keçirilib. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner başçılıq ediblər. İran tərəfindən danışıqları parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi aparıb.

Tərəflər texniki məsləhətləşmələri həftənin sonunadək davam etdirmək və danışıqlar prosesinə nəzarət etmək üçün yüksəksəviyyəli komitə təsis etmək barədə razılığa gəliblər.

Kopyalandı
Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 385 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 385 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 385 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 385 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 385 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 385 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 385 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 385 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 385 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 385 baxış
Seçilmişlər
icon