Xəstəxanaya aparılan mən deyiləm, amma... | Xaçaturyandan təəccübləndirən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Prezidentinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
İddialara görə, Vaaqn Xaçaturyanın səhhətində problemlər yaranıb. Prezidentin ürəyində problem olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd olunur ki, dövlət başçısının vəziyyəti bir neçə gün əvvəl pisləşib. Lakin Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Prezidentin sözlərinə görə, o, belə məlumatları kimin və nə üçün yaydığını başa düşmür.
“Əgər onların məqsədi özlərinə maraq yaratmaqdırsa, bunun başqa yolları da var. Bu şayiələrin müəllifləri yalnız mənim ailəmi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm. Belə dezinformasiya yayanlara da cansağlığı arzulayıram”, – deyə dövlət başçısı əlavə edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
