Pleyeri seçin:

XİN liderləri nəyi müzakirə etdilər? - Baku TV

14 aprel 2026 28 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iranlı nazir Rusiya tərəfini İslamabadda ABŞ ilə aparılan danışıqlar barədə məlumatlandırıb. Telefon danışığı zamanı son regional hadisələr və Pakistanın paytaxtında İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin gedişatı müzakirə olunub. Bu arada, İslamabadda keçirilən danışıqlarda ABŞ İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dondurmasını istəyib.

Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran bu təklifə uranın zənginləşdirilməsini 10 ildən az müddətə donduracaq əks təkliflə cavab verib.

ABŞ administrasiyasındakı mənbə tərəflərin razılığa gəlmək üçün danışıqları davam etdiklərini açıqlayıb.

Yeri gəlmişkən, İran və ABŞ arasında birbaşa danışıqların növbəti mərhələsinin keçiriləcəyi vaxt məlum olub. Bu barədə “The Atlantic” jurnalının müəllifi Araş Əzizi “X” hesabında məlumat yayıb. O qeyd edib ki, növbəti danışıqlar aprelin 16-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Məlumatın Tehrandakı mənbəyə istinadən yayıldığı bildirilir.

Madyarla Polşa Baş naziri arasında yaxınlaşma nəyə işarədir?

Madyarla Polşa Baş naziri arasında yaxınlaşma nəyə işarədir?

Dünya
14 aprel 2026 28 baxış
Trampdan İranla gərginlik fonunda sərt xəbərdarlıq - Baku TV CANLI

Trampdan İranla gərginlik fonunda sərt xəbərdarlıq - Baku TV CANLI

Dünya
14 aprel 2026 28 baxış
“Bu olmasa, İran müharibəyə qayıdacaq” | İbrahim Rezayi 

“Bu olmasa, İran müharibəyə qayıdacaq” | İbrahim Rezayi 

Dünya
14 aprel 2026 28 baxış
Tramp İranın nüvə məsələsində razılaşacağına ümid edir

Tramp İranın nüvə məsələsində razılaşacağına ümid edir

Dünya
14 aprel 2026 28 baxış
Rodriges 2002-ci il çevrilişinin 24-cü ildönümü ilə bağlı yürüşdə

Rodriges 2002-ci il çevrilişinin 24-cü ildönümü ilə bağlı yürüşdə

Dünya
14 aprel 2026 28 baxış
BQXK-nın yerli mərkəzinə hücum oldu

BQXK-nın yerli mərkəzinə hücum oldu

Dünya
14 aprel 2026 28 baxış
İrandan uranın zənginləşdirilməsini dayandırması istənilib

İrandan uranın zənginləşdirilməsini dayandırması istənilib

Dünya
14 aprel 2026 28 baxış
ABŞ-nin Hörmüz boğazını blokadaya almasına etirazlar

ABŞ-nin Hörmüz boğazını blokadaya almasına etirazlar

Dünya
14 aprel 2026 28 baxış
Avropa İttifaqı 27 şərt irəli sürdü

Avropa İttifaqı 27 şərt irəli sürdü

Dünya
14 aprel 2026 28 baxış
Anqolada daşqınlar həyatı iflic edib

Anqolada daşqınlar həyatı iflic edib

Dünya
14 aprel 2026 28 baxış
Seçilmişlər
icon