Pleyeri seçin:

Yanğınla bağlı yeni faktlar ortaya çıxıb | Honkonq

28 noyabr 2025 550 baxış

Honkonq Yanğın Xidməti noyabrın 28-i səhər saatlarında "Wang Fuk Court" yaşayış kompleksində yanğınsöndürmə əməliyyatlarının başa çatdığını elan edib.

Məlumata görə, xilasetmə qrupları zərər görən bütün binalarda hərtərəfli axtarış aparır ki, içəridə başqa heç kimin qalmadığına əmin olsunlar. Xilasetmə işlərinə ümumilikdə 117 yanğınsöndürmə maşını cəlb olunub.

Təxminən 4 min sakini olan yaşayış kompleksinə aid 8 bina təmir işlərinə görə yaşıl tor və konstruksiya ilə əhatə olunmuşdu. Yanğın da elə binalardan birinin xaricindəki konstruksiyadan başlayıb və digər binalara yayılıb.

Polis araşdırması binaları örtən alışqan materialların yanğının sürətlə yayılmasına səbəb ola biləcəyini müəyyən etdiyinə görə təmir işlərinə cavabdeh olan üç nəfər ehtiyatsızlıqdan adam öldürmək şübhəsi ilə saxlanılıb.

Bildirilib ki, hökumət yanğından zərər çəkmiş hər bir ev təsərrüfatına 10 min Honqkonq dolları, yəni təxminən 2100 manat həcmində birdəfəlik maddi yardım ayırır.

Həmçinin yanğında həlak olanların anım və zərərçəkənlərə dəstək tədbirləri də nəzərdə tutulub. Hökumət bütün bayram tədbirlərini ləğv edəcək və dövlət rəsmiləri zəruri hesab edilməyən ictimai tədbirlərdə iştirakdan çəkinəcəklər.

Xatırladaq ki, fəlakətli yanğında ölənlərin sayı 120 nəfəri ötüb.

Banner
“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

Dünya
26 oktyabr 2026 550 baxış
Nümayişdə 10 min adam iştirak edib

Nümayişdə 10 min adam iştirak edib

Dünya
26 oktyabr 2026 550 baxış
Lula da Silva ikinci turda qalib gəlib

Lula da Silva ikinci turda qalib gəlib

Dünya
26 oktyabr 2026 550 baxış
Vuçiçin məğlubiyyəti regionda qüvvələr nisbətini dəyişəcəkmi? - Baku TV

Vuçiçin məğlubiyyəti regionda qüvvələr nisbətini dəyişəcəkmi? - Baku TV

Dünya
26 oktyabr 2026 550 baxış
İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV

İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV

Dünya
26 oktyabr 2026 550 baxış
Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır

Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır

Dünya
26 oktyabr 2026 550 baxış
Silahlı quruplaşmalara qarşı hərbi əməliyyatlar sərtləşdirilib, Milli Azadlıq Ordusunun 10 üzvü öldürülüb

Silahlı quruplaşmalara qarşı hərbi əməliyyatlar sərtləşdirilib, Milli Azadlıq Ordusunun 10 üzvü öldürülüb

Dünya
26 oktyabr 2026 550 baxış
Mənzil etirazı Madriddə əsrlik köç ənənəsinin marşrutunu dəyişib

Mənzil etirazı Madriddə əsrlik köç ənənəsinin marşrutunu dəyişib

Dünya
26 oktyabr 2026 550 baxış
Çinin şimal bölgələrində ilk qar örtüyü yaranıb, payız mənzərəsi qış görünüşü alıb

Çinin şimal bölgələrində ilk qar örtüyü yaranıb, payız mənzərəsi qış görünüşü alıb

Dünya
26 oktyabr 2026 550 baxış
Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Dünya
26 oktyabr 2026 550 baxış
Seçilmişlər
icon